Ana Sayfa > Karusel / Gündəm > Sabah 32 dərəcə isti olacaq

Sabah 32 dərəcə isti olacaq


15-05-2019, 16:25. Yazar: Xeberaz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havadəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb  küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 15-17, gündüz  27-29 dərəcə isti təşkil edəcək.
Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu,nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.   
 
Azərbaycanın rayonlarında sabah  havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18, gündüz  27-32, dağlarda gecə 8-13,  gündüz 17-22 dərəcə isti təşkil edəcək. 


Geri dön