Ana Sayfa > Karusel / M2 / Xəbəraz TV / Məşhurların Taleyi > Xərçəngdən əziyyət çəkən "Toppuş bacı"nın xəstəxanada SON görüntüləri

Xərçəngdən əziyyət çəkən "Toppuş bacı"nın xəstəxanada SON görüntüləri


15-05-2019, 16:18. Yazar: Xeberaz
Xərçəngdən əziyyət çəkən "Toppuş bacı"nın xəstəxanada SON görüntüləri
Əməkdar artist Tünzalə Əliyeva xəstəxanadan yeni görüntülərini paylaşıb.
Toppuş bacı ləqəbi ilə tanınan aktrisa bu gün kimyaterapiyaya başlayacağını elan edib. O, paylaşdığı videoya “Bir azdan sevə-sevə kimyaterapiyamı qəbul edəcəm ki, məni sağaltsın” sözlərini qeyd edib.
Xatırladaq ki, aktrisa bundan öncəki açıqlamasında bu sözləri demişdi:
“Bu sözləri yazmaq mənim üçün çətindir. Təəssüflər olsun ki, xəstəliyim metastoz verdi və boğazıma qədər yayılıb. Milli Onkologiya Mərkəzində 6 kimyaterapiya alacam, inşallah sağalaram. Özümü hər an hər şeyə hazırlamışam, amma inanıram ki, yaxşı olacaq. Zəhram çox balacadır, onu böyütmək istəyirəm. Bütün müalicəm təmmənnasız ediləcək”.

Geri dön