Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda meymun onunla şəkil çəkdirən gəncin qulağını dişlədi

Bakıda meymun onunla şəkil çəkdirən gəncin qulağını dişlədi


15-05-2019, 13:34. Yazar: xeber

Bakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişləyib. Hadisə Nizami küçəsində baş verib.
Xəbəraz.Az ONA-ya istinadla verdiyi məlumata görə, 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb.
Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun qulağı cərrahi əməliyyatla tikilib.
Geri dön