Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda inanılmaz hadisə - 40 min manatlıq qadın ayaqqabısını...

Bakıda inanılmaz hadisə - 40 min manatlıq qadın ayaqqabısını...


15-05-2019, 13:25. Yazar: xeber
Bakıda inanılmaz hadisə - 40 min manatlıq qadın ayaqqabısını...
Mayın 13-də Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

Geri dön