Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Qadın evi təmizləyərkən “ACE”dən zəhərlənib öldü

Qadın evi təmizləyərkən “ACE”dən zəhərlənib öldü


15-05-2019, 11:17. Yazar: xeber
Şamaxı rayonunda evdə təmizlik işləri görən qadın kimyəvi zəhərlənmədən vəfat edib.
Xəbəraz.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini 1986-cı il təvəllüdlü Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında daxil olub və orada ölüb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, S.Musayeva mayın 13-də yaşadığı evdə "ACE" kimyəvi təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib.
Mayın 14-də səhərə yaxın saat 04 radələrində isə dünyasını dəyişib.
S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, rayon prokurorluğunda araşdırma aparılır.
Geri dön