Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda qadın ərinin pulunu xərclədi, "oğurlanıb" deyib, polisi aldatdı

Bakıda qadın ərinin pulunu xərclədi, "oğurlanıb" deyib, polisi aldatdı


14-05-2019, 13:04. Yazar: xeber
Binə qəsəbə sakini olan qadının quldurluqla bağlı polisə yalan məlumat verməsi aşkar olunub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də, saat 10:00 radələrində evinə girmiş iki maskalı şəxsin onu bıçaqla hədələyib, oradan 5100 ABŞ dolları apardığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.
2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparılmış araşdırmalarla quldurluq barədə verilmiş məlumat təsdiqini tapmayıb. Qadının pulu xərclədiyi və ərindən qorxduğu üçün polisə yalan məlumat verdiyi müəyyən edilib.
Geri dön