Ana Sayfa > Karusel / Gündəm > Sabah yağış yağacaq

Sabah yağış yağacaq


13-05-2019, 15:25. Yazar: xeber

14 mayda gözlənilən hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xəbəraz.Az-a verilən məlumata görə,
 
Bakıda və Abşeron yarımadasında mayın 14-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə qısamüddətli 9az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq ilə əvəz olunacaq.
Havanın temperaturu  Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz  25-27 dərəcə isti təşkil edəcək.
Atmosfer  təzyiqi norma daxilində 763 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.    
 
Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə dumanolacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18, gündüz  25-30, dağlarda gecə 8-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.  
 
Tibbi-meteoroloji proqnoz
 
Mayın 14-15-də Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əlverişlidir.
Geri dön