Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Tanınmış həkimi və arvadını öldürən bağbana cəza verildi - ÖMÜRLÜK

Tanınmış həkimi və arvadını öldürən bağbana cəza verildi - ÖMÜRLÜK


13-05-2019, 15:04. Yazar: xeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzə məhkəmə prosesi başa çatıb. 
Xəbəraz.Az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
Hökmə əsasən, İ.Xancanov ömürlük azadlıqdan məhrum edilib. 
İttihama görə, hadisə ötən ilin iyul ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Tanınmış həkim olan A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.
Sabirabad sakini İ.Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb. 
Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə həbsdə olmuş İ.Xancanov hadisədən iki ay əvvəl işdən çıxarılıb.

Geri dön