Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda kişi məktəbli qızı oğurlayıb, təcavüz etdi

Bakıda kişi məktəbli qızı oğurlayıb, təcavüz etdi


13-05-2019, 13:27. Yazar: xeber
Bir neçə gün əvvəl Bakıda oğurlanmış 14 yaşlı məktəbli qız tapılıb.
Xəbəraz.Az oxu.az-a istinadən xəbər verir ki, Sabunçu rayon 12 saylı polis bölməsinin əməkdaşları mayın 9-da Ramanadan qaçırılmış qızın yerini aşkarlayıb.
İnformasiyaya görə, qaçıran şəxs qızı Suraxanı rayonu ərazisində saxlayıb. Həmin şəxsin qızı zorladığı bildirilir. Hüquq-mühafizə orqanı əməkdaşları qızı evinə qaytarıb.
Faktla bağlı 30 yaşlı Astara rayon sakini Dadaşov Ramil İsrafil oğlu saxlanılıb. Onun barəsində CM-nin 144 (adam oğruluğu) və 152-ci (16 yaşına çatmamış şəxslə cinsi əlaqə) maddələri üzrə cinayət işi açılıb.
Məlum olub ki, Dadaşovun bundan əvvəl də azyaşlının zorlanması, xuliqanlıqla bağlı məhkumluğu olub.
Geri dön