Ana Sayfa > Karusel / Məşhurların Taleyi > "Övladlarıma görə evliliyimi bitirdim" - Fərda boşanmasından danışdı

"Övladlarıma görə evliliyimi bitirdim" - Fərda boşanmasından danışdı


13-05-2019, 12:53. Yazar: xeber
"Övladlarıma görə evliliyimi bitirdim" - Fərda boşanmasından danışdı

Aktyor Fərda Xudaverdiyev ilk dəfə şəxsi həyatı ilə bağlı “ATV maqazin onlara” verilişində danışıb.

Sənətçi xoşbəxt olmadığı üçün boşandığını deyib:

“Öldüm-dirildim. Ailənin dağılmağında və birləşməyində ən böyük rolu xoşbəxtlik oynayır. Tam xoşbəxt olmayanda, vurnuxmağa başlayırsan. Ona görə də, vaxtında bitirmək lazım idi. Övladlarıma görə bitirməli idim. Bir evin altında o övladları elə görmək istəmirdim. Ölkədə bir uşağa 154 manat aliment verilirsə, hər uşağıma 500-600 manat pul ayırıram. Qazancımın 70 faizini onlara verirəm. Mənim qədər Azərbaycanda aliment verən adam yoxdur. Məndən xahiş etmişdilər ki, bizi dünyaya gətir?”.

Sənətçi sənətdən getməsi və yenidən qayıtması barədə də söz açıb:

“Deyirlər ki, getdi, qayıtdı. İnsanlar niyə bu qədər biganədir? Onlar dost deyillər, həşəratlardı. Getməyim şou deyildi. Bəlkə, həqiqətən ölüb gedəydim? Bu, necə səni dost kimi silkələməyib? Sən necə vicdansız adamsan? Bir neçə nəfəri həyatımdan çıxardım”.

Fərda psixoloji yardım aldığını da etiraf edib:

“Dörd peşəkardan dərs aldım. İlk dəfə həmin adamın yanına gedəndə hönkür-hönkür ağlayıb, danışa bilmirdim”.

Qeyd edək ki, sənətçi ikinci dəfə ailə həyatı qurub. Onun ilk evlilikdən iki, ikincidən isə bir oğlu var.
Geri dön