Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes > “And olsun Allaha, balamın canına özümə qəsd edəcəm” -Kərim

“And olsun Allaha, balamın canına özümə qəsd edəcəm” -Kərim


11-05-2019, 18:17. Yazar: xeber



Müğənni Kərim Abasov atasının ölümündən bir neçə gün sonra səhnəyə çıxdığı üçün tənqid edilməsinə münasibət bildirib.

İfaçı sosial şəbəkədə yazdığı statusda tənqidlərdən bezdiyini və intihar edəcəyini açıqlayıb:


"Xahiş edirəm, mənim hislərimlə oynamayın. And olsun Allaha, balamın canına özümə qəsd edəcəyəm. Hər gün dərman içib əsəblərimi sakitləşdirməkdən bezdim. Tab gətirə bilmirəm. Əl çəkin məndən. Bilməzdim ki, atamı məndən çox istəyənlər var imiş. Atamın ölüsünü şoulaşdırıb yazanlar, özümə qəsd etsəm, altından çıxa biləcəksiniz?


Əl çəkin, həyatımı, dərdimi yaşayım. Ağlamaqdan gözlərim göynəyir. Kor olacağam axırda. Sənətim qazanc yerimdir. Balamın, ailəmin, hüzura gələn qonaqların qabağına mən çıxmalıyam. Dilənçi deyiləm ki, məclisə gələn qonaqlardan pul yığım. Adım, sanım var. Ona görə də mən işə çıxıb pul qazanmalıyam. Kimsə gəlib qapımı döyüb mənə 10 manat vermir. Baxın görün mən nə çəkirəm. Əl çəkin məndən. Qurana and olsun damarlarımı doğrayacam, axırıncı xəbərdarlığımdır".
Geri dön