Ana Sayfa > Karusel / Dünya / Foto-fakt > Suriyada “Əl-Qahidə” liderlərindən biri məhv edildi

Suriyada “Əl-Qahidə” liderlərindən biri məhv edildi


22-07-2015, 16:08. Yazar: Xeberaz
Suriyada “Əl-Qahidə” liderlərindən biri məhv edildi
Daha öncə ABŞ onun yeri haqqında məlumata görə yeddi milyon dollar təklif edirdi.

ABŞ HHQ-nın (Hərbi hava qüvvələri) aviazərbələri nəticəsində Suriyada “Əl Qahidə” liderlərindən biri – Muhsin əl-Fadli (Muhsin al-Fadhli) məhv edilib.

Pentaqonun rəsmi nümayəndəsi Ceff Devisin sözlərinə görə, terrorçu ölkənin şimali-qərbində, Türkiyə ilə sərhəddin yaxınlığında, iyulun 8-də Sarmad şəhərindən avtomobil ilə gələrkən öldürülüb.

Muhsin əl-Fadli “Əl Qahidə” ilə əməkdaşlıqdan başqa “Xorasan” terror qruplaşmasına rəhbərlik də edirdi. O, 2001-ci il sentyabrın 11-də ABŞ-da islamçıların törətdiyi terror aktı barədə məlumata malik olanlardan idi.

Pentaqonda “Xorasan”ı “İslam dövləti”ndən daha təhlükəli hesab edirlər, çünki yaraqlılar əsasən ölkənin qərbində hücumlar törədirlər.

İTV news xəbər verir ki, daha öncə Birləşmiş Ştatlar onun yeri haqqında məlumata görə yeddi milyon dollar təklif edirdi.

2014-cü ilin payızında yaraqlının məhv olması haqqında məlumat yayılsa da bu məlumat rəsmi şəkildə təsdiqlənmədi.

“Əl Qahidə” ən iri islam terrorist qruplaşmalarından biridir. O, 1988-ci ildə yaradılıb və Əfqanıstanda sovet qoşunlarına qarşı döyüşürdü, daha sonra qərb sivilizasiyası ilə mübarizəyə başladı. oxu.az

Təşkilatın məqsədi sivil rejimlərin islam ölkələrində devrilməsi və vəhhabi “Böyük islam xəlifəti”nin yaradılmasıdır. Terror qruplaşması yüzlərlə terror aktı həyata keçirib, onların sırasında 2001-ci ilin sentyabrın 11-də ABŞ-da əkiz qüllələrdə törədilən terror hücumu da var. Rusiya məhkəməsi “Əl Qahidə” və “İslam dövləti”ni terror qruplaşması elan edib və onların ölkənin ərazisində fəaliyyəti qadağan edilib.
Geri dön