Ana Sayfa > Karusel / Gündəm / Hadisə > “Emil 444”ü öldürən şəxs tutuldu

“Emil 444”ü öldürən şəxs tutuldu


10-05-2019, 11:02. Yazar: Xeberaz

Bakıda kriminal avtoriteti qətlə yetirən şəxs saxlanılıb.
Bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
 
Hadisə Binəqədi rayonu, İ.Haşımov küçəsi 8 ünvanında baş verib.


Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Tağıyev Həsən Mərdan oğlu Masallı rayonunda anadan olmuş, Binəqədi rayonu, İsrafil Haşımov küçəsi ev 8, mənzil 56-da yaşayan, 1988-ci il təvəllüdlü Səfərov Emin Ehtiram oğlunu aralarında yaranmış mübahisə nəticəsində yaşadığı binanın qarşısında bıçaqla qətlə yetirib.


Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. H.Tağıyev şübhəli şəxs qismində saxlanılıb.


Xatırladaq ki, qətlə yetirilən Emil Səfərov kriminal aləmdə "Emil-444" ləqəbi ilə tanınırmış.



Geri dön