Ana Sayfa > Karusel / Gündəm > Bu gün Bakıda konsert olacaq

Bu gün Bakıda konsert olacaq


10-05-2019, 11:01. Yazar: Xeberaz
Bu gün Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı təqdim olunacaq.
Konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-brothers-S” DJ layihəsi çıxış edəcək.
Qeyd edək ki, Xalq artisti Arif Məlikovun xatirəsinə ehtiram əlaməti olaraq dünən ləğv edilən konsertdə çıxışı nəzərdə tutulan estrada təmsilçilərimiz də bu gün səhnəyə çıxacaq.
Tədbirə giriş sərbəstdir.
Geri dön