Ana Sayfa > Karusel / Gündəm > Xalq artisti Arif Məlikov vəfat etdi

Xalq artisti Arif Məlikov vəfat etdi


9-05-2019, 14:18. Yazar: xeber

Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.
Bu barədə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli məlumat verib.
O bildirib ki, hazırda vida mərasimi və dəfn üçün hazırlıqlar görülür.
“Bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında Arif Məlikovla vida mərasimi keçiriləcək”, - deyə F.Bədəlbəyli əlavə edib.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov isə bildirib ki, A. Məlikov I Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” çap olunub. O, 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1998-ci ildə “İstiqlal”, 2013-cü ildə “Heydər Əliyev” ordeni, 2018-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub. O, 1965-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1978-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
Geri dön