Ana Sayfa > Karusel / Gündəm / İdman > “Totenhem” “Ayaks”a qalib gəlib, “Liverpul”a rəqib oldu

“Totenhem” “Ayaks”a qalib gəlib, “Liverpul”a rəqib oldu


9-05-2019, 10:21. Yazar: xeber


UEFA Çempionlar Liqasının sonuncu yarımfinal oyunu keçirilib.
Tottenhem klubu səfərdə "Ayaks" komandası ilə qarşılaşıb. İlk oyunda öz meydanında 0:1 hesabı ilə məğlub olan londonluları çətin matç gözləyirdi.
Oyunun 5-ci dəqiqəsində meydan sahiblərinin hesabı açması "Tottenhem"in işini daha da çətinləşdirdi. Fərqlənən isə Matteys de Liqt oldu. Ardınca 35-dəqiqədə Hakim Ziyeş "Ayaks"ı hesabda daha da irəli çıxardı.
İkinci hissənin əvvəlində (55-ci dəqiqə) "Tottenhem"in futbolçusu Lukas Moura komandasını ümidləndirdi, cəmi 4 dəqiqə sonra isə Moura hesabı bərabərləşdirdi. Son dəqiqəyəcən qeyri-mümkün görsənsə də, Moura oyuna əlavə olmuş dəqiqələrdə (90+6) qol vurdu və komandasını finala çıxardı.
Beləliklə, 2018-2019-cu il mövsümü UEFA Çempionlar Liqasının final matçı "Liverpul" və "Tottenhem" komandaları arasında keçiriləcək. Oyun iyunun 1-də Madriddə, "Vanda Metropolitano" stadionunda keçiriləcək.
8 may
Çempionlar Liqası
 Yarımfinalın cavab oyunu

"Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə) - 2:3
Qollar: 
De Liqt, 5 (1:0), Zieş, 35 (2:0), L.Moura, 55, (2:1), 59 (2:2), 90+6 (2:3)
İlk oyun - 1:0


7 may

"Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0
İlk oyun - 0:3

Geri dön