Ana Sayfa > Karusel / Gündəm / Hadisə > 2-ci mərtəbədən tullanan şagirdlə bağlı məktəbdən AÇIQLAMA: "Həmin uşaq..."

2-ci mərtəbədən tullanan şagirdlə bağlı məktəbdən AÇIQLAMA: "Həmin uşaq..."


8-05-2019, 15:54. Yazar: Xeberaz
2-ci mərtəbədən tullanan şagirdlə bağlı məktəbdən AÇIQLAMA: "Həmin uşaq..."

Xəbər verdiyimiz kimi, 239 saylı məktəbdə dərsdən qaçan şagirdin videosu yayılıb. Belə ki, dərsdən qaçmaq üçün məktəbin ikinci mərtəbəsindən atlanan şagird həyatını təhlükəyə atıb. Videonu prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında paylaşıb. 

Bununla bağlı 239 saylı orta məktəbdən verilən məlumata görə, hazırda direktor həmin şagird barəsində araşdırmaya başlayıb: "Şagirdin məktəbin hansı hissəsindən qaçdığı dəqiqləşdirilir. Səhər məktəbin qarşısında narkomaniya əleyhinə tədbir keçirilirdi. Hazırda məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılır". 
Geri dön