Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycanda 14 yaşlı qızı babası yaşda kişiyə ərə verdilər

Azərbaycanda 14 yaşlı qızı babası yaşda kişiyə ərə verdilər


8-05-2019, 11:19. Yazar: Xeberaz
Azərbaycanda 14 yaşlı qızı babası yaşda kişiyə ərə verdilər - Biabırçılığın SON HƏDDİ - FOTOLAR

Azərbaycanda 14 yaşlı qızı 58 yaşlı kişiyə ərə veriblər. 

Bu haqda ATV-də yayımlanan və Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişinə müraciət edən, Bərdə sakini olan şəhid qızı Elza məlumat verib. 

O bildirib ki, doğulan zaman anası dünyasını dəyişib: " Mən ana üzü görməmişəm. Atam ikinci dəfə ailə qurdu. Analığım mənə çox əziyyət verib. Uşaqlıqdan atam da daxil olmaqla hərə bir təpik vurub. Çox zülümlər görmüşəm. Elə bil atam üçün ögey uşaq idim. Məni başqaları saxlayırdı. 14 yaşım olanda məni tanıdığım bir qadın 58 yaşında kişiyə ərə verdi. Yaşlı kişinin pensiyasıı ilə dolanırdım. Həyat yoldaşım 5 ildir ki, rəhmətə gedib. Həyat yoldaşım məni əlinin içində saxlayırdı. Evini də mənim adına keçirdi. Oğlanları da mənə hörmət edirdi". 


Geri dön