Ana Sayfa > Karusel / Dünya / İdman / M2 > "Çelsi" uddu, "Mançester Yunayted" autsayderlə bacarmadı

"Çelsi" uddu, "Mançester Yunayted" autsayderlə bacarmadı


5-05-2019, 21:06. Yazar: Xeberaz
"Çelsi" uddu, "Mançester Yunayted" autsayderlə bacarmadı

İngiltərə Premyer Liqasında 37-ci turun daha 2 oyunu keçirilib.
"Xeberaz.Az" xəbər verir ki, eyni saatda başlayan matçlarda "Çelsi" evdə "Uotford"la, "Mançester Yunayted" isə səfərdə "Haddersfild"lə qarşılaşıb. London klubu rəqibinə 3 cavabsız qolla qalib gəlib. "Qırmızı şeytanlar" isə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan və çempionşipə düşməyi dəqiqləşən komanda ilə bərabərə qalıb - 1:1.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 71-ə çatdıran "Çelsi" 3-cü pilləyə yüksəlib. "Mançester Yunayted" 66 xalla 6-cı sırada qalıb. 50 xalı olan "Uotford" 10-cudur, 15 xallı "Haddersfild" isə sonuncudur.



Geri dön