Ana Sayfa > Karusel / Gündəm / M2 > Bazar günü 27 dərəcə isti olacaq - PROQNOZ

Bazar günü 27 dərəcə isti olacaq - PROQNOZ


4-05-2019, 13:27. Yazar: Xeberaz
Bazar günü 27 dərəcə isti olacaq- PROQNOZ

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 13-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 9-14° isti təşkil edəcək. 
Geri dön