Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Lənkəranda ana doğuşdan sonra öldü

Lənkəranda ana doğuşdan sonra öldü


3-05-2019, 11:04. Yazar: xeber


Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ana ölümü baş verib. 

Rayonun Osaküçə kənd sakini  1979-cu il təvəllüdlü Quliyeva Vəfanə Kərim qızı mayın 1-də saat 13 radələrində xəstəxananın doğuş şöbəsinə daxil olub və qeysəriyyə əməliyyatı olunub. Həmin gün qadın və yeni doğulan oğlunun vəziyyəti yaxşı olsa da, mayın 2-də V.Quliyevada daxili qanaxma olub. Buna görə təkrar əməliyyata götürülüb və əməliyyat zamanı vəfat edib.


Lənkəran şəhər Prokurorluğunda araşdırma aparılır.
Geri dön