Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm / M2 > Dəfnlərin vahid dövlət reyestri aparılacaq

Dəfnlərin vahid dövlət reyestri aparılacaq


2-05-2019, 17:40. Yazar: Xeberaz
Dəfnlərin vahid dövlət reyestri aparılacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
"Xeberaz.Az" xəbər verir ki, dəyişikliyə əsasən Ailə Məcəlləsinə 196-cı maddə (Dəfnlərin reyestri) əlavə edilib.
Həmin maddədə dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılması nəzərdə tutulur.
Bundan başqa qanuna edilən dəyişikliyə görə, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə “445-1,” rəqəmlərindən sonra “516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə),” sözləri əlavə edilir.
Geri dön