Ana Sayfa > Karusel / Gündəm / Təhsil / M2 > ADİU-nun işdən çıxarılan müəlliminin məhkəməsi başlayır

ADİU-nun işdən çıxarılan müəlliminin məhkəməsi başlayır


30-04-2019, 16:39. Yazar: Xeberaz
ADİU-nun işdən çıxarılan müəlliminin məhkəməsi başlayır

Azərbaycan Dövlət İqtisad Universiteti Rus dili kafedrasının işdən çıxarılan müəllimi Zərifə Mansurovanın məhkəməsi başlayır.

Faktinfo.az -a verilən  məlumata görə, Ali Məhkəmə 18.02.2019-cu il tarixində Zərifə Mansurovanın şikayəti ilə bağlı qətnamə qəbul edib.Qətnaməyə əsasən, Səbail rayon Məhkəməsində Z.Mansurovanın işi ilə bağlı gecikmə qərarına dair çıxarılan qərardad ləğv edilib,Apelliyasiya Məhkəməsində işin mahiyyəti üzrə  baxılmasına dair qərar çıxarılıb.
1.05.2019 saat 9:20 dəqiqəyə  təyin olunmuş işə bərpa  məhkəməsində ADİU-nun  Rus dili kafedrasının müəllimi Z.Mansırovanın universitetdən  hansı əsasla işdən kənarlaşdırılması prosesinə baxılacaq.Verilən məlumatda o da qeyd edilir ki, Bakı Apelliyasiya Məhkəməsində prosesə cavabdehlik ədalətli qərarları ilə fərqlənən hakim Namiq Cəfərova həvalə edilib.
Qeyd edək ki,məlum məhkəmə işi 2 ilə yaxındır ki,davam edir.Bu müddət ərzində tərəflər arasında ziddiyyət böyüyüb, saytlarda bu barədə məlumatlar yayılıb.Z. Mansurova isə bu günün özündə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya eləcə də, digər dövlət rəsmlərinə məktublar ünvanlayır,rektor Ədalət Muradov tərəfindən  işdən çıxarılmasını  qanunsuz hesab edir.
Faktinfo.az  





Geri dön