Ana Sayfa > Karusel / Hadisə / M2 / Foto-fakt > Xala ilə bacıqızını maşın vurub

Xala ilə bacıqızını maşın vurub


22-07-2015, 12:05. Yazar: Xeberaz
Xala ilə bacıqızını maşın vurub
Onlar yolu keçmək istəyərkən xəsarət alıblar.
Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Gəncə şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən günorta saat 15:20-də baş verib. Laçın rayonundan məcburi köçkün olan 1992-ci il təvəllüdlü Laçın Süleymanov idarə etdiyi “VAZ 2106” yolu keçmək istəyən iki sakini vurub.

Polis şöbəsi tərəfindən avtomobillə vurulan şəxslərin 1986-cı il təvəllüdlü Vəfa Məmmədova və onun 12 yaşlı bacısı qızı Günel olduğu müəyyənləşib.

Onlar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından verilən məlumata görə, xəsarət alan hər iki şəxsin vəziyyəti orta qiymətləndirilib və onların hər ikisinə lazımı tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Geri dön