Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Salyanda 3 uşaq anası intihar etdi

Salyanda 3 uşaq anası intihar etdi


24-04-2019, 20:48. Yazar: xeber
Salyan Rayonunun Seyidsadıqlı kəndində 1 nəfər çayda batıb.
 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə kimliyi məlum olmayan bir nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub.
Batan şəxs 35 yaşlı  Aysel Vaqif qızı Dadaşovadır. O özünü  Akkuşa çayının körpüsündən suya ataraq intihar edib. Aysel Dadaşova 3 azyaşlı uşaq anasıdır və Seyidsadıqlı kənd orta məktəbində müəllim işləyib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.
 Faktla bagli Salyan Rayon Polis Şöbəsində və FHN əməkdaşdarı tərəfindən araşdırma aparılır.
Geri dön