Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV > “Natiq”ritm yürüşə hazırlaşır (VİDEO)

“Natiq”ritm yürüşə hazırlaşır (VİDEO)


22-07-2015, 11:41. Yazar: Xeberaz
“Natiq”ritm yürüşə hazırlaşır (VİDEO)
Şəkidə Beynəlxalq Ritm Festivalı keçiriləcək.
Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupu yeni layihəyə imza atıb. “Şou biz”ə eksklüziv müsahibə verən əməkdar artist Natiq Şirinov beynəlxalq festivala hazırlşadıqlarını açıqlayıb.

O bildirib ki, ilk dəfə olaraq Qafqazda keçirilən Beynəlxalq Ritm Festivalı avqust ayında baş tutacaq. Festivaın Şəki şəhərində reallaşacağı planlaşdırılır.

Son hazırlıq məşqlərini həyata keçirən qrupun rəhbəri Natiq Şirinov festivalda baş verəcək yenilik haqqında da məlumat verib. O qeyd edib ki, başqa festivallardan fərqli olaraq burada məşhur ritm ifaçıları iştirak edəcək.

Avqustun 22-i Şəki şəhərində baş tutacaq tədbirdə Azərbaycanın 100-ə yaxın nağaraçısı yürüş edəcək.

"Natiq ritm" qrupu




Xatırladaq ki, Şəki bundan başqa bir neçə beynəlxalq festivala ev sahibliyi edib. Belə ki, iki gün ön cə bu tarixi şəhərdə Şirniyyat festivalı baş tutub. Bir neçə ay öncə isə İpək Yolu Şəki Beynəlxalq Musiqi Festivalı keçirilib.

Avqust ayında bu şəhərdə Moto festivalın da keçirilməsi planlaşdırlır.


Geri dön