Ana Sayfa > Karusel / Gündəm / Hadisə > 26 yaşlı qız burun əməliyyatından sağ çıxmadı

26 yaşlı qız burun əməliyyatından sağ çıxmadı


22-04-2019, 12:29. Yazar: xeber

Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib.
Xəbəraz.Az trend-ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.
 
G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.
Geri dön