Ana Sayfa > Karusel / Gündəm / Texnologiya > "İnstagram"da YENİLİK - "Bəyənmə"lər yığışdırılır
"İnstagram"da YENİLİK - "Bəyənmə"lər yığışdırılır20-04-2019, 18:08. Yazar: xeber |
"İnstagram" sosil şəbəkəsi öz istifadəçilərinə bir-birilərinin paylaşımlarında olan "bəyənmə"ləri görməyi qadağan etməyin yolunu düşünür. Xəbəraz.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, dizaynda dəyişikliyin test edilməsi barədə mobil tətbiqlər üzrə ekspert Ceyn Mançun Vonq danışıb. Onun sözləinə görə, sosial şəbəkə çalışır ki, istifadəçilər "bəyənmə"lərə deyil, öz paylaşımlarına diqqətli olsunlar. Vonq bu dəyişkiliyin əks edildiyi fotonu öz "Tvitter" səhifəsində də paylaşıb Qeyd edək ki, "bəyənmə"lərin çox olması üçün bəzi istifadəçilər az qala yarışa çıxırlar. Məşhurluğa görə, istifadəçilər "bəyənmə"ləri pulla almağa, daha cəzbedici fotolar paylaşmağa çalışırlar. Eyni zamanda, bir-birini "bəyənmək" üçün qruplar yaradılır. Geri dön |