Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / M2 / Gənclərimiz > İndiyədək şeirləri işıq üzü görmədi.
İndiyədək şeirləri işıq üzü görmədi.19-04-2019, 20:11. Yazar: Xeberaz |
Bu dəfə yaşadığı anları ürək yanğısı ilə qələmə alan gənc şairə Ellada Vaqifqızı saytımıza üz tutdu.. Ağlaya ağlaya dünyaya gəldim Elə doğulandan çəkirəm zülüm Səni həyatımın günəşi bildim Yaman yandırırsan ömrümü gülüm . Sənsiz hər şeyim var dövlətim varım Bircə tək sən yoxsan bəlli etmirəm İnan yalanınla çox yandı canım Belə xəyanətə dözə bilmirəm . Dediyin yalana inandın özün Daha sanmadın ki uşaq deyiləm Məndən yaxşısını axtardı gözün Dönmə qəlbi yumşaq Eliş deyiləm . Sayəndə ürəyim xəstəlik tapıb Təbib söylədiki dərmanı sənsən Dedim ürəyimdə bir ilan yatıb O həb gərək deyil xəncərlə kəs sən . Bir vaxtlar səninlə xəyal qururdum Sən demə onları viran etmisən Daha taqətim yox bəsdir yoruldum Qal məndən uzaqda hara getmisən . Üzülmə keçəcək pis gün az olur Bir şey var möhkəm dur yıxılma daha Nə olsun güllərdə açılır solur Hər şeyi həvalə eylə Allaha . Ağlama ağlamaq yaraşmır sənə Başqa çarən nədir de bilim məndə Düşman seyr eyləyir valehdir sənə Üzdə gül yenədə ağla qəlbində . Bəlkə də sən indi şirin yuxuda Dəli aşiqlərtək səni anıram Hər an hər dəqiqə dayan qarşımda Mən səni ikinci varlıq sanıram . Sən hələ uşaqdan uşaqsan mənə Bir az böyü sevməyi öyrəndim sənə Zəhrimar bir sözüm keçmir qəlbimə Ki bir az sadiq ol sən sahibinə . Başımı fırladır baxışın yaman Düşün mənim üçün yaradılmısan Məndən ayrılmağı eyləmə güman Sən mənim canimda ikinci cansan . Sənə varlığımı xatirlatmaqçün Daha mən nələrdən vaz keçəcəyəm Ömrümü ömrünə hədiyyə etdim Səni sevə-sevə mən öləcəyəm . Adım ELLADA təkcə sənin aşiqin Bunu bir kərədə anlamamisan Səndən başqa axı qalibidir kimin Birkərə eşqinə sən yanmamisan... ©/Ellada Vaqifqızı İnfoPlyus.Tv/ @infoplyus.tv#infoplyus#azerbaycan#aztagram Geri dön |