Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Fotogalereya > Azərbaycanda daimi iş yerlərinin sayı açıqlandı

Azərbaycanda daimi iş yerlərinin sayı açıqlandı


22-07-2015, 11:12. Yazar: Xeberaz
Azərbaycanda daimi iş yerlərinin sayı açıqlandı
DSK məlumat yaydı.

2015-ci ilin I yarısında Azərbaycanda yaradılmış yeni iş yerlərinin sayı 59,9 min, daimi iş yerlərinin sayı isə 48,8 min olub.

Xeberaz.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına başlanılan 2004-cü ildən bu günə qədər ölkədə 1 424,5 min yeni, o cümlədən 1 059,7 min daimi iş yeri yaradılıb.

Bundan əlavə, komitə bildirib ki, 2014-cü ildən başlayaraq üçüncü Dövlət Proqramının icrası ilə bağlı 187,2 min yeni, 1 53,9 min daimi iş yeri açılıb.
Geri dön