Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ağdamda dəhşət: qadın 10 aylıq qızını boğub öldürdü

Ağdamda dəhşət: qadın 10 aylıq qızını boğub öldürdü


16-04-2019, 14:26. Yazar: xeber
Ağdamda ana körpə qızını qətlə yetirib.Rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb.

Xatırladaq ki,27 yaşlı G.İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə həyatı qurub.
Yeni qurulan ailədə tez-tez münaqişələr baş verib. Boşanmaq ərəfəsində olan qadın övladını boğaraq öldürüb.
Geri dön