Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın ilk qadın maşinistini tanıyın

Azərbaycanın ilk qadın maşinistini tanıyın


13-04-2019, 16:13. Yazar: xeber

"İlk maşinist qadın olduğum üçün sevincliyəm”.


Bu sözləri ilk qadın maşinist Günay Həbibli deyib. Onun sözlərinə görə, 2016-cı ildən metronun Memar Əcəmi stansiyasında qatarları qəbul edib yola salırdı: "Maşinistlərin işə qəbulu ilə bağlı elanı gördüm. Özümü sınamaq üçün sənədlərimi hazırlayıb müraciət etdim.10 qadın maşinist namizəd arasından seçildim. Bu, mənim üçün böyük uğurdur.
 
Artıq aprel ayından etibarən maşinist olaraq çalışıram. Düşünürəm ki, bu böyük məsuliyyətdir. Gün ərzində metrodan minlərlə sərnişin istifadə edir və biz onların qatarlarda təhlükəsiz şəkildə aparılmasına cavabdehik. İşimi sevirəm və həvəslə görürəm. Bəlkə də ona görədir ki, bu iş mənim üçün heç də çətin deyil”. 
Geri dön