Ana Sayfa > Karusel / Gündəm > Arvadının getməsinə dözə bilməyən gənc... FACİƏ

Arvadının getməsinə dözə bilməyən gənc... FACİƏ


13-04-2019, 11:52. Yazar: xeber

Sumqayıtda ailə münaqişəsi ölümlə nəticələnib. 

Hadisə şəhərin 16-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verib.
 
Belə ki, həyat yoldaşı ilə mübahisə edən 1997-ci il təvəllüdlü Verdiyev Kənan Eynur oğlu canına qəsd edib. Tərəflər arasında yaranan mübahisədən sonra K. Verdiyevin həyat yoldaşı evi tərk edərək atası evinə gedib. Buna dözməyən Kənan Verdiyev özünü yaşadığı evdə asıb. 
 
Faktla bağlı araşdırma aparılır.


Geri dön