Ana Sayfa > Karusel / Hadisə / M2 > Neftçalada toy evində yanğın: Bir ailə evsiz qaldı

Neftçalada toy evində yanğın: Bir ailə evsiz qaldı


12-04-2019, 04:49. Yazar: Xeberaz
Neftçalada toy evində yanğın:Bir ailə evsiz qaldı

Bu gün axşam saatlarında Neftçala rayonunun Qaçaqkənd kəndində yerli sakin Rahim Muradova məxsus fərdi yaşayış evində yanğın olub.
"Xeberaz.Az"  virtualaz.org-a istinadən xəbər verir ki, yanğın baş verərkən ev sahibinin övladının qonşu kənddəki şadlıq evində toyu olduğundan, evdə heç kəs olmayıb.
Yanğın kənd sakinlərinin və hadisə yerinə gəlmiş FHN yanğınsöndürənlərinin köməkliyi ilə lokallaşdırılsa da, ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Yanğının hansı səbədən baş verməsinə görə araşdırmalara başlanılıb.
Geri dön