Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ağdaşda 24 yaşlı hamilə qadın özünü çaya atdı

Ağdaşda 24 yaşlı hamilə qadın özünü çaya atdı


11-04-2019, 12:16. Yazar: xeber

Ağdaşda 24 yaşlı hamilə qadın özünü çaya ataraq intihar edib.
Xəbəraz.Az xəbər verir ki,oxu.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün 15:00 radələrində baş verib. 
Rayon sakini, 1995-ci il təvəllüdlü İsmayılova Səidə Ağaməmməd qızı özünü Nehrəxəlil kəndi ərazisindən keçən Türyançay çayına atıb. 
Yeddi aylıq hamilə qadın çayda boğularaq ölüb. 
Meyit sudan çıxarılaraq, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparılıb. 
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.
Geri dön