Ana Sayfa > Karusel / Gündəm > Röya Elinadan danışdı: "Mən də belə böyüdüm, direktorun ayaqqabılarını geyinirdim..."

Röya Elinadan danışdı: "Mən də belə böyüdüm, direktorun ayaqqabılarını geyinirdim..."


11-04-2019, 11:18. Yazar: xeber
Röya Elinadan danışdı: "Mən də belə böyüdüm, direktorun ayaqqabılarını geyinirdim..." - VİDEO
Röya Ayxan 162 saylı orta məktəbdə 14 yaşlı Elina Hacıyevanın intiharına biganə qalmayıb.

Əməkdar artist qızın ölümündə mətkəb direktorunu ittiham edib.

" Ay gözəl xanım, bu sualların yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə suallar verirsiniz. Mən də belə böyüdüm, 5-ci sinifdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim, çox şükür ona və o günə. Boşanmış ailənin qızı idim, çox şükür olsun ki, bu suallar yağdırana əyilmədim, bəyənməsələr də ayaqda qalıb şəxsiyyət oldum. Amma hamı güclü deyil. Hərdən buna siz bizi məcbur edirsiniz”.

Xatırladaq ki, edək ki, hadisə aprelin 4-də baş verib. Elina Hacıyevanın ona qarşı məktəbdə edilən təzyiqlərdən sonra intihar etdiyi iddia edilir. Məsələ ilə bağlı məktəbin direktoru Sevinc Abbasova işdən çıxarılıb. İstintaq davam edir.
Geri dön