Ana Sayfa > Karusel / Dünya / M2 / Texnologiya > Braziliya şəhərində iki gün ərzində 35 nəfər qətlə yetirilib

Braziliya şəhərində iki gün ərzində 35 nəfər qətlə yetirilib


21-07-2015, 21:58. Yazar: Xeberaz
Braziliya şəhərində iki gün ərzində 35 nəfər qətlə yetirilib
Bu şəhərdə hər gün 2-3 nəfər öldürülür.

Braziliya polisi 18-19 iyul tarixlərində Manaus şəhərində 35 nəfərin qətlə yetirilməsini araşdırır.

Xeberaz.az BBC-yə istinadən xəbər verir ki, ilk olaraq yerli bankın yaxınlığında polis əməkdaşı öldürülüb. Hüquq-mühafizə orqanları hesab edirlər ki, hadisə yerli mafiyaların öz aralarında apardığı müharibələrin nəticəsidir.

Manaus — Amazon ştatının paytaxtıdır. Bu şəhərdə 2014-cü ildə futbol üzrə dünya çempionatının oyunları keçirilib. 2 milyon əhalisi olan Manausda, orta hesabla, gündə 2-3 nəfər öldürülür.
Geri dön