Ana Sayfa > Karusel / Gündəm / İdman > Ciu-Citsu Federasiyası və “Zabit Samedov Fight Club”un texniki dəstəyi ilə...

Ciu-Citsu Federasiyası və “Zabit Samedov Fight Club”un texniki dəstəyi ilə...


9-04-2019, 23:00. Yazar: Xeberaz

Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin dəvəti və təşkilatçılığı, Avrasiya Kombat Ciu-Citsu Federasiyası və “Zabit Samedov Fight Club”un texniki dəstəyilə baş tutmuş seminarın aparıcısı, dünyanın tanınmış Braziliya Ciu-Citsu məktəblərindən sayılan “Ludus” məktəbinin təsisçisi və rəhbəri Braziliya Ciu-Citsu idman növü üzrə 3-cü dan qara kəmər sahibi Aleksandır Deda Faria olub.


Seminardan öncə Aleksandr Deda Faria Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi və Avrasiya Kombat Ciu-Citsu Federasiyası rəsmiləri ilə Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, oraya gül dəstələri qoymuşdur. Qonaqlar daha sonra onun həyat yoldaşı mərhum akademik Zərifə Əliyevanın da məzarına çiçəklər qoyublar. 


Sonra Şəhidlər Xiyabanına gedən qonağa 20 yanvar faciəsi, müstəqilliyin qanlı tarixi ilə bağlı geniş məlumat verilib. Buradan da Dağüstü parka gələn qonağa Bakının timsalında Azərbaycanda son illərdə aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib. İdmançılar bundan sonra “Zabit Samedov Fight Club”a gəliblər və seminar öz fəaliyyətinə başlamışdır. @agilajalov







Geri dön