Ana Sayfa > Karusel / Gündəm > DGK açıqlama yaydı: O video Azərbaycanda çəkilməyib

DGK açıqlama yaydı: O video Azərbaycanda çəkilməyib


9-04-2019, 13:46. Yazar: xeber
Dövlət Gömrük Komitəsi sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxs barədə məlumat yayıb.DGK-dən bildirilib ki, ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər:
“Hadisə Azərbaycan ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib. Bu  videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyəti yoxdur”.
Geri dön