Ana Sayfa > Karusel / Dünya / Səhiyyə / M2 > Üç aylıq körpəsini özü müalicə etmək istədi - ölümünə səbəb oldu

Üç aylıq körpəsini özü müalicə etmək istədi - ölümünə səbəb oldu


6-04-2019, 20:46. Yazar: Xeberaz
Üç aylıq körpəsini özü müalicə etmək istədi -ölümünə səbəb oldu

Rusiyada övladını evdə özü müalicə edən ananı cərimələyiblər.
"Xeberaz.Az"  Rusiya mətbuatına istinadən xəbər verir ki, Omsk məhkəməsi 33 yaşlı şəhər sakinini öz övladının ölümündə günahkar bilib. Uşaq dünyaya gəldikdən sonra, 2017-ci ilin sonunda ana uşağın bədənində qırmızı ləkələr müşahidə edib. Amma buna baxmayaraq, həkimə müraciət etməkdən imtina edib və uşağı allergiya əleyhinə kremlə özü evdə körpəsini müalicə etməyə başlayıb.
Nəticədə 3 aylıq körpə dünyasını dəyişib. Tibbi ekspertiza nəticəsində məlum olub ki, uşaq Norveç qoturluğundan dünyasını dəyişib. Xəstəlik zamanı körpənin daxili orqanları iltibahlaşıb və dəri irinləyib.
Məhkəmə ananı 8 min rubl məbləğində cərimə edib.
Geri dön