Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ana və iki azyaşlı övladı dəm qazından zəhərləndi

Ana və iki azyaşlı övladı dəm qazından zəhərləndi


5-04-2019, 12:28. Yazar: xeber

 
Bakıda ana və iki azyaşlı övladı dəm qazından zəhərlənib.


Hadisə Binəqədi şosesi döngə 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan ana və iki uşaq gecə saat 1 radələrində dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıblar. 


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, göstərilən yardımdan sonra onların vəziyyətləri stabilləşib. Ananın 28, övladlarının 4 və 6 yaşı var.
Geri dön