Ana Sayfa > Karusel / M2 / Texnologiya > Azərbaycan “AvtoVAZ”ın əsas satış bazarlarının ilk beşliyində

Azərbaycan “AvtoVAZ”ın əsas satış bazarlarının ilk beşliyində


21-07-2015, 12:14. Yazar: Xeberaz
Azərbaycan “AvtoVAZ”ın əsas satış bazarlarının ilk beşliyində
“Biz Avropaya qayıdacağıq”.

LADA Rusiyadan başqa 15-20 ölkədə satılacaq, bu barədə jurnalistlərə “AvtoVAZ” şirkətinin prezidenti Bu Andersson bəyan edib.
“Aydındır ki, biz Avropaya qayıdacağıq. İyulun 1-dən bizim avtomobillərimiz bütün Avropa standartlarına müvafiqdir. Əgər biz “Reno-Nissan” alyansının ən yaxşı idxalçılarını əldə edə bilsək, LADA yaxşı satılacaq. Deyə bilərəm ki, bizim məmulatlar Rusiyadan başqa 15-20 ölkədə satılacaq”, - “AvtoVAZ”ın prezidenti bildirib.

Bu Anderssonun sözlərinə görə, “AvtoVAZ” 2015-ci ildə müxtəlif ölkələrə 70 min avtomobil çatdırılmasına dair müqavilə bağlayıb.

İlin yekunlarına görə idxalçıların ilk beşliyinə Qazaxıstan, Azərbaycan, Misir, Ukrayna və Almaniya daxil olacaq. oxu.az

Geri dön