Ana Sayfa > Karusel / Dünya / İdman / M2 > "Yuventus" qalib gəlib, “Milan” xal itirdi

"Yuventus" qalib gəlib, “Milan” xal itirdi


3-04-2019, 05:58. Yazar: Xeberaz
"Yuventus" qalib gəlib,“Milan” xal itirdi

İtaliya A seriyasında XXX tura start verilib.
"Xeberaz.Az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.
“Milan” öz meydanında “Udineze”ni qəbul edib. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan milanlılar ev oyunundan xal itkisi ilə ayrılıblar – 1:1.
A seriyasının lideri “Yuventus” isə növbəti qələbəsini qazanıb. Turin təmsilçisi səfərdə “Kalyari”ni məğlubiyyətə uğradıb – 2:0.
Qeyd edək ki, turun digər oyunları aprelin 3-4-də keçiriləcək.









Geri dön