Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Yalan rəy verənlər cərimələnəcək

Yalan rəy verənlər cərimələnəcək


2-04-2019, 07:26. Yazar: Xeberaz
Yalan rəy verənlər cərimələnəcək

Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə yalan rəy verənlər cərimələnəcəklər.
"Xeberaz.Az"-ın məlumatına görə, bununla bağlı  Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Bu dəyişikliyə uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sənədlərinə qiymətləndirici tərəfindən bilə-bilə yalan rəy verilməsinə görə 250 manatdan 450 manatadək cərimə tətbiq ediləcək.
Qeyd edək ki, qiymətləndiricinin bilə-bilə yalan rəy verməsi nəticəsində qeyri-obyektiv ekspertiza rəyi verilə bilər. Buna görə hər hansı məsuliyyət nəzərdə tutulmadığından İXM-yə belə bir maddənin əlavə edilməsi təklif olunur.
Geri dön