Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Foto-fakt > Yardımlıda polis faciəli şəkildə həlak oldu

Yardımlıda polis faciəli şəkildə həlak oldu


1-04-2019, 07:16. Yazar: Xeberaz

Yardımlı rayonunda polis zabiti xidməti ərazisində xidmətdə olarkən, bədbəxt hadisə nətincəsində dünyasını dəyişib.
"Xeberaz.Az"-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün gecə saatlarında rayonun ən ucqar dağ kəndlərindən biri olan Osnəkəran kəndində baş verib. 
Rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant, 1988-ci il təvəllüdlü Şahin Nəsirov 10 AP 928 dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet” markalı avtomobil ilə xidməti ərazisində qəzaya uğrayıb. Onun idarə etdiyi xidməti avtomobil  idarəetməni itirərək dərəyə yuvarlanıb. 
Yol-nəqliyyat hadisəsinə səbəb kimi həmin yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir.
Nəticədə avtomobildə tək olan Şahin Nəsirov aldığı ağır xəsarətlərdən yerindəcə keçinib. 
Faktla bağlı araşdırma aparılır.







Geri dön