Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda qaçırılan avtomobili polislər tapdı

Bakıda qaçırılan avtomobili polislər tapdı


30-03-2019, 15:39. Yazar: Xeberaz
Bakıda qaçırılan avtomobili polislər tapdı

Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "xeberaz.Az"-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Tağıyev martın 27-də “Toyota” markalı avtomobilinin qaçırıldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Əmiraslanov avtomobillə birgə Nobel prospektində saxlanılıb.
Araşdırma aparılır. 
Geri dön