Ana Sayfa > Karusel / Gündəm / M2 > Vəkillər Kollegiyasına üzv olmaq istəyən 171 nəfər ikinci mərhələyə buraxıldı

Vəkillər Kollegiyasına üzv olmaq istəyən 171 nəfər ikinci mərhələyə buraxıldı


30-03-2019, 15:03. Yazar: Xeberaz

Vəkillər Kollegiyasına üzv olmaq istəyən 171 nəfər ikinci mərhələyə buraxıldı

 Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2019-ci il martın 30-da Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Mərkəzdən "Xeberaz.Az"-a verilən məlumata görə, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 238 namizəd qeydiyyatdan keçib. 2 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 236 namizəddən 171 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.
Geri dön