Ana Sayfa > Karusel / Təhsil / M2 > Azərbaycanlı şairin oğlu dünyasını dəyişdi - Amansız xəstəlik...
Azərbaycanlı şairin oğlu dünyasını dəyişdi - Amansız xəstəlik...21-07-2015, 01:11. Yazar: Xeberaz |
"Bu gözəl insanı çox gənc yaşında itirdik" Şair Əli Kərimin oğlu Orxan Kərimov dünyasını dəyişib. Bu haqda iqtisadçı Azər Mehdiyev məlumat yayıb. Eskpert Orxan Kərimovun ölümündən sarsıldığını bildirib: “İndicə şair Əli Kərimin oğlu, dostumuz Orxan Kərimlinin ölüm xəbərini aldım. Amansız xəstəlik bu gözəl insanı çox gənc yaşında sıralarımızdan apardı. Son dərəcə üzüldüm. Sözlə ifadə olunası deyil. Allah rəhmət eləsin! Əzizlərinin başı sağ olsun”. / qafqazinfo Azərbaycan şairi Əli Kərim Əli Kərim (tam adı: Kərimov Əli Paşa oğlu) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olub. 1969-cu ilin 30 iyununda vəfat edib. 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Əsərləri İki sevgili. Bakı: Azərnəşr, 1960 Həmişə səfərdə. Bakı: Azərnəşr, 1963 Qızıl qanad. Bakı: Azərnəşr, 1965 Qaytar ana borcunu. Bakı: Gənclik, 1970 Uşaqlar və ulduzlar. Bakı: Gənclik, 1971 Səfərdən sonra. Bakı: Azərnəşr, 1972 Tənbəl ayı balası. Bakı: Uşaqgəncnəşr, 1973 Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr Pillələr (roman). Bakı: Gənclik, 1978 Qız və kəpənək. Bakı: Gənclik, 1979 Qayıt. Bakı: Yazıçı, 1983 Pillələr (roman). Bakı: Yazıçı, 1987 Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1991 Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1991 Mavi nəğmənin sahilində. Bakı: Yazıçı, 1991 Geri dön |