Ana Sayfa > Karusel / Hadisə / M2 > Sumqayıtda partlayış: ölən və yaralananlar var

Sumqayıtda partlayış: ölən və yaralananlar var


27-03-2019, 23:37. Yazar: Xeberaz
Sumqayıtda partlayış:ölən və yaralananlar var

Sumqayıtda güclü partlayış olub.
"Xeberaz.Az" xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsindəki metaləritmə sexində qeydə alınıb.
Məlumata görə, hadisə martın 22-də olub. Sözügedən sexdə xətt təmirə dayanıbmış. Bildirilir ki, sexin rəisi xətti yenidən qoşmaq istəyərkən partlayış baş verib. Nəticədə 4 nəfər - 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu, 1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu yanıq xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralılardan M.Seyidəliyev həkimlərin səyinə baxmayaraq, müalicə aldığı xəstəxanada 5 gündən sonra dünyasını dəyişib. Digər yaralılar isə paytaxt xəstəxanalarına gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Geri dön