Ana Sayfa > Karusel / Gündəm / M2 / Foto-fakt > Sabunçuda qadınların əxlaqsızlığa cəlb edildiyi kafelər sökülür (FOTO)

Sabunçuda qadınların əxlaqsızlığa cəlb edildiyi kafelər sökülür (FOTO)


21-07-2015, 01:09. Yazar: Xeberaz
Sabunçuda  qadınların əxlaqsızlığa cəlb edildiyi kafelər sökülür (FOTO)
Sökülən kafelər Sabunçu bazarının ərazisində yerləşir.
Bu gün saat 19 radələrində Sabunçu bazarı ərazisində fəaliyyət göstərən kafelərin söküntüsünə başlanılıb.

Söküntü işləri Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılır. Sökülən kafelər Sabunçu bazarının ərazisində yerləşir.

Bir neçə gün əvvəl musavat.com saytı bu cür kafelərin fəaliyyəti haqda geniş yazı yazmışdı. Yazıda kafelərdə Azərbaycanın müxtəlif rayonlarından Bakıya gələn azyaşlı qızların əvvəlcə ofisiant kimi işlədiyi, daha sonra isə insan alverinin qurbanı olduğu qeyd edilirdi. Bu kafelərdə baş verən bir neçə dava və qətl hadisələri haqda da məlumat verilmişdi.

Saytın dərc etdiyi yazıda hazırda söküntü işlərinin getdiyi kafedə baş verən və azyaşlı qızların da iştirak etdiyini əks etdirən videogörüntü yerləşdirilmişdi.

Sayt gənc qızların bu yoldan çəkindirilməsi, bu cür kafelərin fəaliyyət göstərməsinə şərait yaradanların cəzalandırılması üçün hüquq-mühafizə orqanları tərəfindən lazımi tədbirlərin görülməsinin vacibliyini də diqqətə çatdırmışdı.







Geri dön